Ölkə futbolu

“Azərbaycan məgər zəif komanda hesab edilir?”

“Simurq”un sabiq baş məşqçisi, Rusiya yığmasının keçmiş hücumçusu Sergey Yuran Azərbaycan – Rusiya (1:1) oyunu haqda danışıb.

Mütəxəssis yaxşı təşkilatlanmış komandaya qarşı oynadıqlarını söyləyib: “Azərbaycan məgər ən zəif komanda hesab edilir?  Bakıda alman mütəxəssisin rəhbərlik etdiyi mütəşəkkil komandaya qarşı oynadıq. Olmaya on qol vurmalı idik? Axı orda da insanlar futbol oynayır. İndi komandaları zəif və güclüyə bölmək olmaz. Lüksemburqu və ya hər hansı Kipri asanlıqla udmaq mümkün deyil. İndi hamı oynaya bilir. Biz səfərdə oynayırdıq və qarşımızda dünya çempionatına düşmək tapşırığı qoyulmuşdu.  Oyuna gəlincə, biz ona nəzarət edirdik. Hesabda irəli çıxdıq və Kerjakov təkbətək qaldığı epizodda oyunu bitirə bilərdi”.

Sona yaxın rusların qol “yeməsi” mütəxəssisi razı salmayıb: “Bizdə belə hal olub və təəssüf ki son oyunlarda. Kazanda Lüksemburqla. Yenə də son dəqiqədə heç-heçə. Düzəlişlər etmək lazımdı. Ancaq ümumilikdə uşaqlar istədilər, çalışdılar. Həmçinin, bizə qarşı mükafat vəd edilmiş, yüksək köklənmiş, azarkeş dəstəyi olan rəqib oynayırdı. Bu əsassız amil deyil. Məşqçilər korpusunu, futbolçuları təbrik etmək lazımdı. Biz dünya çempionatındayıq. Çoxdan idi ki, olmurduq. Oyuna nəzarət edirdik və 1:0 bizi qane edirdi. Buna görə də oyunçular oyunu saxlamağa çalışırdılar. Prinsipcə az vaxt qalmışdı. Hə, standart vəziyyətdən qol vurmağa imkan verdik. Bu futboldu, hər şey olur. Burda məzəmmət ediləsi nə var? Hamını asaq ki, Azərbaycanla 1:1 oynadıq?”

O, daha sonar əlavə edib: “Azərbaycan yığması qələbə təqdirində vəd edilmiş böyük mükafatlardan “yana” bilərdimi? Niyə “yanmalıdılar”? Düşünürəm ki, heç-heçəyə görə də mükafat olacaq. Əgər biz 5:0 udsaydıq, deyə bilərdik ki, onlar “yandılar”. Onlar oynadılar, çalışdılar. Onlar başa düşürdülər ki, Rusiya ilə açıq futbol çətin olacaq. Hardasa ikinci nəfəslə oynamağa çalışır, sürətli hücumlar keçirməyə cəhd edirdilər. Cənubda həmişə oyun intizamı ilə problemlər olub. Burda isə görünür ki, Foqts işləyir. Əhsən! Əhsən ki, on nəfərlə hesabı bərabərləşdirə bildilər. Azərbaycanlılar sevinirdilər, çünki Rusiya yığması ilə heç-heçəni qələbəyə bərabər tutmaq olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43