Kateqoriyasız

“Azərbaycan mənim yox, atamın vətənidir”

“Azərbaycan mənim yox, atamın vətənidir”.

Bu sözlər Rusiya millisinin azərbaycan əsilli futbolçusu Aleksandr Səmədova məxsusdu. Səmədov millisinin DÇ-2104-dəki oyunlarına toxunarkən, “Bakcell Arena”dakı heç-heçəni unutmadığını bildirib:

“Millinin baş məşqçisi Fabio Kapellonu neçə dəfə qəzəbli görmüşəm. O, elə soyunub-geyinmə otağında bu qəzəbini saxladı. Lakin Azərbaycan yığması ilə qarşılaşmadan sonra çalışdırıcı öz narazılığını aşkar şəkildə büruzə verdi. Bu narazılıq isə onda neçə oyun ərzində yığılıb qalmışdı. Həmin matçlarda ki, işimizi yaxşı yerinə yetirməmiş, son dəqiqələrdə qol buraxmışdıq. Ard-arda 2 dəfə – Lüksemburq və İsraillə matçlarda belə olmuşdu. Eyni hal Bakıda ətkrarlandıqda isə Kapello deməyə söz çox tapdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43