Milli komanda

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisi iki pillə irəliləyərək 396 xalla 83-cü pillədə qərarlaşıb.

Millimizin AVRO-2016-dakı rəqiblərinə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdu. Çezare Prandellinin komandası 9-cu pillədəki mövqeyini qoruyub.  Xorvatiya iki pillə irəliyərək 18-ci olub. Norveç (+1) 55-ci, Bolqarıstan (-2) 75-ci və Malta isə (-4) 132-ci pillədə qərarlaşıb.

Siyahıya İspaniya millisi 1485 xallabaşçılıq edir. İkinci yerdə Almaniya – 1300 xal, üçüncü yerdə isə Braziliya qərarlaşıb -1242 xal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43