Dünyadan

“Azərbaycan millisi ilə oyunda vurduğum qol mənə çox kömək edəcək”

Şimali İrlandiya millisinin və “Birmingem” klubunun hücumçusu Kayl Lafferti Azərbaycan milli komandası ilə oyun sonrası maraqlı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya – Azərbaycan (4:0) matçında millimizə 1 qol vuran hücumçu icarədən geri dönmək istədiyini və məxsus olduğu “Norviç Siti” klubunda oynamaq arzusunun olduğunu açıqlayıb:

“Norviç Siti” mənim oynamaq istədiyim komandadır və mən klubuma kömək etmək istəyirəm. Aleks Neylin fikirlərinə və seçiminə hörmətlə yanaşıram. O, çalışqan və gənc çalışdırıcıdır. Azərbaycanla oyunda özümü yaxşı tərəfdən göstərdim. Bu, mənə çox kömək edəcək. Çünki oyunuma diqqət yetiriblər. Ümid edirəm ki, Aleks Neyl Azərbaycan millisinə qarşı keçirdiyimiz görüşü izləyib və qol vurduğumu bilir. Mən yenidən “Norviç Siti”yə qayıdaraq komandanın Premyer Liqaya vəsiqə qazanmasına kömək etmək istəyirəm. Vuracağım qollarla komandaya faydalı ola bilərəm”.

Qeyd edək ki, Kayl Lafferti müqavilə ilə “Norviç Siti”yə məxsusdur və bu mövsümdən etibarən icarə əsasında “Birmingem”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43