İdman

Azərbaycan millisi Türkiyədə daha 3 qızıl medal qazandı

28-30 noyabr tarıxlərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil edilən G1 kateqoriyalı “Turkish open” başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, bu yarışda ölkəmizi, klublardan yalnız “Neftçi İSM” və “Gilan T.K”-nın üzvləri milli komandanın tərkibində qüvvələrini sınayıblar.

Milli komanda turnirdə 38 idmançı və məşqçi heyəti ilə iştirak edib. Ölkəmizi təmsil edən taekvondoçularımız aktivlərinə 10 medal əlavə ediblər. Bunlardan İlham əliyev (-45 kq), İlayda Kardelen (-44 kq), Gülhanım Yeşildal (-55 kq) qızıl, Mikayıl Əliyev (-58 kq), Əli İsazadə (-45 kq) gümüş, Ceren Özbək  (-46 kq), Gülsüm Gültekin (-59 kq), Ramin Əzizov (-80 kq), Bayraməli Vəliyev (-87 kq) və Radik İsayev (-87 kq) yarışı bürünc medalla başa vurub.

Xatırladaq ki, yarışda hakimlər qismində ölkəmizi hakimlər komitəsinin baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edib. (ATF)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43