Milli komanda

“Azərbaycan millisi üzərində qələbə qazanmaq bizim üçün önəmlidir”

Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Şimali İrlandiya millisinin müdafiəçisi Kris Brant matçla bağlı ölkəsinin mətbuatına danışıb. “Vest Bromviç”də çıxış edən 31 yaşlı futbolçu bunları deyib:

“Uzun müddətdən sonra yenidən milliyə dəvət aldım. Çətin günlər keçirdim. AÇ-2016-nın final mərhələsində yığmaya kömək edə bilmədim. İndi isə keçmiş formama qayıtmağa çalışıram. Oyuna tam hazıram. İstəyirik ki, Avropa çempionatından sonra dünya çempionatının da final mərhələsində çıxış edək. Bunu azarkeşlərimiz də istəyir, biz də. Azərbaycan millisi üzərində qələbə vacibdir. Çünki qonşu pillələrdə qərarlaşmışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43