08 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycan millisinə qələbə üçün mükafat verilirsə, yəqin bizə də verərlər”

“Azərbaycanla oyunda ancaq qələbəyə köklənmişik. Ancaq bilirik ki,  heç-heçə edib üzülə bilərik”.

Bu sözləri Rusiya millisinin futbolçusu Roman Şirokov DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirəcəkləri oyun haqda danışarkən deyib.

O, millimizin güclü rəqib olduğunu deyib:

“Gözəl başa düşürük ki, Azərbaycan Lüksemburq deyil.  Üstəlik onlar öz meydanlarında güclü təsir bağışlayırlar. Seçmə mərhələinin son oyunlarında nəhayət azarkeşləri sevindirmək istəyirlər”.

“Azərbaycan üzərində qələbəyə görə mükafat alacağınız müzakirə olunubmu?” sualına isə təcrübəli futbolçu belə cavab verib: “Rəqibə qələbə üçün mükafat verilirsə, yəqin bizə də verərlər. Ancaq bizim oyuna yaxşı köklənməyimiz üçün mükafata ehtiyac yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43