Ölkə futbolu

“Azərbaycan millisinin gözlənilmədən 30 metrdən vurduğu qol planımızı pozdu”

“Öz meydanımızda qələbə bizə çox vacib idi. Bu oyunda mütləq qalib gələməli idik. Lakin Azərbaycan millisinin gözlənilmədən 30 metrdən vurduğu qol planımızı pozdu”.

Bu sözləri İsrail millisinin üzvü Tal Ben Haim Azərbaycanla oyun barədə danışarkən deyib.

Yerli mətbuata açıqlamasında təcrüəli futbolçu nəticəyə çox üzüldüklərini qeyd edib: “Birinci hissədə yaxşı təsir bağışladıq. İkinci hissədə isə rəqib öz oyununu tapdı. Dünya Çempionatına getmək üçün şansımız var idi. Çox təəssüflənirik ki, öz meydanımızda üç xal qazanmaq şansından istifadə edə bilmədik.

İndi Rusiya ilə oyuna hazır olmalıyıq. Bu matçda yaxşı nəticədən başqa bir şey düşünmürük. Çünki qələbə qazanmaq məcburiyyətindəyik.  Rusiya ilə oyun bizm üçün II Dünya müharibəsi kimi olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43