Milli komanda

“Azərbaycan millisinin heyətində güclü futbolçular var”

“Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Görüşün nəticəsi qrupdakı gələcək taleyimizi müəyyənləşdirəcək”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib. 31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: “Müdafiəyə daha çox fikir verirlər, rəqib əks-hücumda çox təhlükəlidir. Heyətlərində güclü futbolçular var”.

Devisin fikrincə, sabahkı görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. O, ev oyunularında maksimum xal toplamağa çalışdıqlarını da söyləyib.

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı “Uindsor Park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Slovakiyanın baş məşqçisi: “Azərbaycan evdə bütün rəqiblərdən xal ala bilər”

admin

Millimiz Hollandiyaya qarşı

admin

Millimiz Estoniyaya uduzdu

admin