Milli komanda

Azərbaycan – Moldova matçı canlı yayımda

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən CBC Sport kanalı olub. Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43