İdman

Azərbaycan – Moldova matçı türkiyəli hakimə tapşırıldı

Azərbaycan və Moldova milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona Bahattin Duran və Tarık Onqun köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.

Türkiyənin Antalya şəhərindəki “Mardan” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43