Milli komanda

Azərbaycan – Moldova matçının biletləri satışda

Noyabrın 17-də Bakıda keçiriləcək Azərbaycan – Moldova matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda bilet satışı başlayıb.

Biletləri həmçinin “28 Mall” Alış-Veriş Mərkəzindən, “Bakcell” Sahil müştəri xidmətlərindən və 8-ci km qəsəbə stadionunun kassalarından, eləcə də www.tickets.affa.azünvanından əldə etmək olar.

Qeyd edək ki, VİP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43