Ölkə futbolu

Azərbaycan mövqeyini qorudu

Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki “Daçiya” 0:1 “Kəpəz” , “Samtredia” 2:1 “Qəbələ” və “Neftçi” 1:2 “Baltsan” matçları ölkəmizin reytinq xallarına təsirsiz ötüşməyib.

İdmanxeber.com-un məlumatıına görə, 13,625 xalla 24-cü sırada olan ölkəmiz mövqeyini qoruya bilib.

Belə ki, Azərbaycanın aktivinə daha 0,250 xal əlavə olunub. Hazırda ölkəmiz 14,375 xalla 24-cü pillədədir.

Qeyd edək ki, 15,300 xala malik Şotlandiya 23-cü, 14,050 əmsalı olan Kipr isə 25-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43