Milli komanda

Azərbaycan – Norveç: Xarici telekanalların canlı yayımında

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya stadionunda baş tutacaq qarşılaşma təkcə ölkəmizdə canlı yayımlanmayacaq. Belə ki, millimizin oyununu Rusiyanın "Matç! Futbol 2" kanalı da canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. Bundan oktyabrın 8-də baş oynanılacaq oyunun Norveçdə də canlı yayımlanması gözlənilir.

Ölkəmizdə isə bu oyunu İTV kanalı birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43