Milli komanda

Azərbaycan – Portuqaliya matçına nə qədər bilet satılıb?

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün baş tutacaq Azərbaycan – Portuqaliya matçına 30 min bilet satılıb.

Bu sayın matç saatına kimi artacağı istisna edilmir.

Qeyd edək ki, Olimpiya stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43