Milli komanda

Azərbaycan – Portuqaliya matçının başlama saatı bilindi

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı və stadionu müəyyənləşib.

Yığmamızın oktyabrın 10-da Norveçin Drammen şəhərindəki “Marienlyst” stadionunda Norveçlə keçirəcəyi oyunu saat 20:00-da, oktyabrın 15-də Bakıdakı “Bayıl Arena”da Portuqaliya ilə matçı isə saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43