Ölkə futbolu

Azərbaycan Premyer Liqası dünya sıralamasında rekord vurdu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın güclü futbol liqalarının siyahısını tərtib edib.

İdmanxeber.com-un məlumatına görə, sıralamada dünyanın ən güclü 80 liqasına yer verilib. İFFHS sıralamasında Azərbaycan Premyer Liqası özünün rekordunu yeniləyib. Belə ki, Premyer Liqamız 33-cü pillədə qərarlaşıb ki, indiyə qədər belə bir göstərici olmamışdı. Ötən cədvəldə 38-ci olan çempionatımız 5 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya İspaniya (1277), çempionatı başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43