Ölkə futbolu

Azərbaycan QHT-si UEFA və “Qalatasaray”a mürəciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar. İdmanxeber.com-un məlumatına görə, onlar UEFA-nın və “Qalatasaray”ın e-mail ünvanlarına müraciət göndəriblər.

Bu barədə məlumatı katibliyin əməkdaşı Elnur Bağırlı “Facebook” səhifəsində yazıb. Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək “Qalatasaray” – “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü Türkiyə klubunun futbolçuları meydana qara sarı ilə çıxsınlar.

Aksiyanın effektivliyini artırımaq üçün Jurnalist Ekspert Mərkəzi təkliflə çıxış edib. Təklifdə deyilir: “Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər UEFA və “Qalatasaray”ın ([email protected], [email protected]) ünvanlarına ingilis, türk dillərində eyni məzmunda məktub göndərsin. Təşkilat rəhbərləri təbliğat baxımından həmin məktubların mətnini “Facebook” səhifələrində paylaşsınlar.

Jurnalist Ekspert Mərkəzinin müraciəti

1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi.

Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası “Qalatasaray”ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43