İdman

Azərbaycan Qran-prisinə nə qədər vəsait xərclənəcək?

“2016-cı ildə pit-bildinqin qurulması və trasın hazırlanmasına 80 milyon dollar xərcləmişik. Bu il və qarşıdakı mövsümlər üçün montaj və demontaj üçün 15 milyon dollara yaxın vəsait lazımdı”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.

Bakı bu il “Formula-1” üzrə Qran-pri turnirinə ikinci dəfə ev sahibliyi edəcək. Artıq Azərbaycan Qran-prisi adlanan yarış iyunun 23-25-də olacaq. Ötən il və qarşıdakı mövsümlərlə bağlı danışan Rəhimov bu il asfalt qatının döşənməsinə 12 milyon dollar xərcləndiyini də açıqlayıb: “Şəhər trasları elədi ki, burda xərcləri öncədən proqnozlaşdırmaq çətindi. Düşünürdük ki, Azərbaycan iqtisadiyyatını stimullaşdırmaq, turizmi inkişaf etdirmək və ölkəni tanıtmağa nail olaq. Biz bu məqsədlə bütün dünyada istifadə olunan ideyaları tapmağa çalışırdıq. Hesablamalar aparıldı və ortaq qərara gəlindi ki, məhz “Formula-1” getməli olduğumuz istiqamətdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43