Milli komanda

Azərbaycan – Rusiya matçına baxmaq istəyənlər 100 manatından keçməli olacaqlar

DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi son iki oyununu oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçirəcək.

Bu oyunlar üçün nəzərdə tutulmuş biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə satılacaq.

Belə ki, azarkeşlər bu kampaniyadan istifadə edərək  iki oyuna 1 bilet  əldə edə bilərlər. Biletlər sektorundan asılı olaraq 10-12 manat arasında dəyişir.

Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrı satılacaq.

Biletləri "Bakcell Arena"nın kassalarından,  Park Bulvar Alış-Veriş və 28 Mall Ticarət Mərkəzlərindən əldə etmək mümkündür.

Azərbaycan – Şimali İrlandiya (tək bilet) –  1-ci kateqoriya 6 AZN; 2-ci kateqoriya 4 AZN; VİP 50 AZN

 

 

Azərbaycan – Rusiya (tək bilet) – 1-ci kateqoriya 10 AZN; 2-ci kateqoriya 8 AZN; VİP 100 AZN;

 

Azərbaycan – Şimali İrlandiya və Azərbaycan – Rusiya (2 oyuna bir bilet) – 1-ci kateqoriya 12 AZN; 2-ci kateqoriya 10 AZN;

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43