Milli komanda

Azərbaycan – Rusiya matçının hakimləri müəyyənləşdi

“Avro-2017″nin seçmə mərhələsində noyabrın 17-də keçiriləcək Azərbaycan – Rusiya matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Bakıda baş tutacaq oyun israilli hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Eytan Şmuelevitz olacaq. Ona həmyerliləri Nissan Davidi və Roy Hassan köməklik edəcək. Ziv Adler isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Bayıl Arena”da keçiriləcək Azərbaycan – Rusiya oyunu saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43