Kateqoriyasız

“Azərbaycan – Rusiya matçının ilk hissəsi heç-heçə olacaq, ikinci hissə isə çox adamı infarkt keçirəcək”

“Rusiya Azərbaycanı rahat məğlub edə bilməyəcək. Azərbaycan yığması normal komandadır. Yaxşı maliyyə imkanları olan komanda güclü futbolçulara və baş məşqçiyə malikdir. Onlar yaxşı başa düşürlər ki, Rusiyanın diqqəti məhz bu oyuna yönəlib”. 

Bu sözləri futbol agenti Vladimir Abramov Dünya çempionatı 2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-Rusiya oyunu ilə bağlı sualları cavablandırarkən deyib.

Rusiyalı mütəxəssis sözlərinə belə davam edib:

“Əlbəttə ki, Azərbaycan bizə qarşı üçüncü heyətlə oynamayacaq. Onlar heç olmasa heç-heçəyə nail olub, bunu bayram etmək arzusundadırlar. Bu, bilirsiniz nə ilə müqayisə olunur? Xorvatiyanın “Uembli” stadionunda İngiltərədən xal alması ilə… Azərbaycanlı futbolçular diqqət çəkmək istəyirlər. Məncə, matçın ilk hissəsi 0:0 hesabı ilə yekunlaşacaq. İkinci hissə isə bir çox adamı infarkt keçirəcək”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43