Milli komanda

Azərbaycan – Serbiya matçı canlı yayımlanacaq

İyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu affa.az saytında canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq qarşılaşmanı avstriyalı hakimlər idarə edəcək:

Baş hakim: Harald Lechner

Baş hakimin köməkçiləri: Andreas Heidenreich, Roland Riedel

Dördüncü hakim: Manuel Schüttengruber


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43