Kateqoriyasız

Azərbaycan şirkəti “Latsio” klubuna sponsor ola bilər

Azərbaycan şirkətlərindən biri İtaliyanın məşhur “Latsio” klubuna sponsor ola bilər. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə sözügedən ölkənin “Corierre dello Sport” nəşri məlumat yayıb.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da həmin qəzetə açıqlamasında iddiaları təsdiqləyib. O, adını açıqlamadığı özəl bir şirkətin “Latsio” ilə danışıqlar apardığını bildirib. Sadıqov danışıqların məğzi barədə məlumat verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43