Ölkə futbolu

Azərbaycan Şotlandiyaya, Kipr isə Azərbaycana yaxınlaşdı

Dünən gecə Çempionlar Liqasında keçirilən oyunlar nəticəsində UEFA-nın reytinq cədvəlində dəyişikliklər olub.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın “Viktoriya” ilə heç-heçəsi ölkəmizin aktivinə daha 0,125 xal qazandırıb. 

Cari mövsümdə klublarımızın qazandığı ümumi xal 2,250 olub. Bu qazancın  0,875-i “Qəbələ”nin hesabındadı, “Qarabağ” 0,625, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb. 5 mövsümün nəticələrinə görə 15,750 xalı olan Azərbaycan 23-cü olan Şotlandiya (0,925) ilə xal fərqini azaltsa da, Kipr də ölkəmizə yaxınlaşıb. Buna “Qarabağ”ın qələbə qazana bilməməyi, Kipr APOEL-inin qələbə qazanması səbəb olub. Nəticədə 25-ci olan ada təmsilçisi ilə fərq 0,200-ə enib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43