İdman

Azərbaycan UEFA reytinqində irəlilədi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

ÇL-nin II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlməsi ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 1,250-yə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,000 xalı olan Azərbaycan iki pillə irəliləyərək 21-ci yerə yüksəlib. Bolqarıstan və Belarusla eyni xala malik olan ölkəmiz əlavə göstəricilərdə onları qabaqlayıb. Azərbaycandan 1 pillə irəlidə irəlidə olan İsrailin 17,125 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43