İdman

Azərbaycan və Portuqaliya futzalçıları arasında dava: Federasiya prezidenti Rikardinyonu itələdi

AVRO 2018-in 1/4 final mərhələsində Portuqaliya ilə üz-üz gələn və 1:8 hesabı ilə uduzan millimizin üzvləri qalmaqala qarışıb.

İdmanxeber.com-un məlumatına görə, matçın ilk yarım saatın tamamına az qalmış futzalçımız Ramiz Çovdarov Rikardinyoya qarşı qaydanı pozub. Bu vaxt rəqib komandanın kapitanının simulyasiya etdiyini düşünən millimizin ehtiyat oyunçuları ona etiraz ediblər. Nəticədə Rikardinyo ilə onların arasında narazılıq yaşanıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məsələyə qarışaraq, Rikardinyonu əli ilə itələyib. Gərginlik yaşansa da, tərəfləri sakitləşdirmək mümkün olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43