Kateqoriyasız

“Azərbaycan xalqını sevindirəcəyimizə inanıram” – Tahir Gözəl

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Çernoqoriya “Rudar”ı ilə bağlı fikirlərini açıqlayıb. 

Klub rəsmisi bunları söyləyib:

“İlk oyunumuzu Bakıda keçirəcəyimiz üçün şadam. Əminəm ki, bizi anşlaq gözləyir. Bizə ciddi rəqib düşüb. Amma mən Azərbaycan xalqını sevindirəcəyimizə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43