Milli komanda

Azərbaycan – Xorvatiya oyununun biletləri satışda

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb. 

İdmanxeber.com-un məlumatına görə, sentyabrın 3-də, “Bakcell Arena”da baş tutacaq matçın biletləri oyunun keçiriləcəyi stadionun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Bundan başqa, biletlərin onlayn satışına da start verilib. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43