Milli komanda

“Azərbaycan yığması qarşılaşdığımız ən güclü rəqib idi”

“Şaxtyor”un müdafiəçisi İvan Ordets Antalyada əsas millimizlə keçirilən yoxlama matçından sonra matç barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına açıqlamasında futbolçu bunları deyib:

“Toplanış çərçivəsində yaxşı oyunlar keçirdik. Fikrimcə, çempionata hazırlıq baxımından bizdə hər şey yaxşı alındı.

Yaxşı komandaya qarşı oynadıq. Azərbaycan millisində yüksək səviyyəli futbolçular çıxış edir. Onlar təzyiq altında topa nəzarət edə bilirdilər. Məncə, Azərbaycan yığması toplanışda qarşılaşdığımız ən güclü rəqib idi. Yağış yağmasına baxmayaraq, meydança yaxşı vəziyyətdə idi. Əlverişsiz hava da bizə mane olmadı”.

Qeyd edək ki, matç 2:1 hesabı ilə “Şaxtyor”un qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43