Ölkə futbolu

“Azərbaycan yığmasını qiymətləndirmək çətindir”

Norveç yığmasının müdafiəçisi Veqard Forren yerli KİV-ə müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin “H” qrupunda rəqibləri haqda fikrini bildirib. O, bunları söyləyib:

“Şəxsən mənim üçün Azərbaycan və Malta yığmalarını qiymətləndirmək çətindir. Bu iki yığma qrupumuzda haqqında xüsusi heç nə bilmədiyim yeganə komandalardır. Düşünürəm ki, əsas mübarizəmiz Bolqarıstan millisi ilə olacaq. Bu komandanın oyunlarının videoyazısına hələlik baxmamışam. Ancaq uğurlu nəticəyə nail olmaq istəyiriksə, qələbə qazanmalıyıq. Mario Balotelliyə qarşı oynamaq, həmçinin, maraqlı olardı. Çox maraqlı oyunçudur. Xorvatiyaya gəlincə, Mancukiç kimi hücumçusu var, “Bavariya”dan olan bu futbolçunun hansı keyfiyyətləri olduğunu biz hamımız yaxşı bilirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43