Ölkə futbolu

“Azərbaycan yığmasının hər bir üzvü Rusiyanı məğlub etmək istədiklərini deyib?”

Rusiya millisinin futbolçusu Dmitri Kombarov ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

O, Rusiyanın İsraillə keçirdiyi maçt və Bakıda millimizlə oynayacaqları qarşılaşma barədə fikirlərini bildirib.

“Lüksemburqla oyundan sonra tam bərpa olmamışıq. Cəmi 2-3 saat yatmaq imkanımız olub. Çətin oyun alındı. Rəqibə heç bir şans vermədik. Bu xəbərə hamımız çox sevindik. Amma biz hələ özümüzü dünya çempionatına çıxmış hesab etmirik. Növbəti oyunda da qələbə qazanmaq lazımdı. Ondan sonra sevinmək olar”.

“Gücümüzə əminik. Ona görə də Bakıya qələbə üçün gedəcəyik. Əlbəttə, qrupu birinci pillədə başa vurmaq üçün Azərbaycanla heç-heçə də yetərlidi. Amma biz 3 xalı hədəfləmişik. Azərbaycan yığmasının demək olar, hər bir üzvü Rusiyanı məğlub etmək istədiklərini deyib? Belə açıqlamaları Lüksemburq yığmasının oyunçuları da vermişdilər. Onlara pul mükafatı da vəd olunub. İkiqat əzmlə çalışacaqlar. Təbii, bizim öz planlarımız var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43