İdman

Azərbaycanda FİFA referilərini döyənlər 2 illik cəzalandırılıb

AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən “Yasamal 2” komandasının futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, buna səbəb oyunçunun “Qarabağ”la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidir. Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib. 

Qeyd edək ki, futzal üzrə FİFA referiləri – Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma “Qarabağ”ın 6:2 hesablı qələbəsi ilə başa çatıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43