l Divizion

Azərbaycanda futbol klubunun prezidenti ölkədən qaçdı

Azərbaycan I divizionunda çıxış edən "Şəmkir" klubunun prezidenti Elvin Səfərli yoxa çıxıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, o, külli miqdarda borcu olduğuna görə gizlənir.

Saytımıza daxil olan məlumata görə, E.Səfərli futbolçulara və komandanın  ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya Kompleksinin direktoru, veteran cüdoçu Mövlüd Mirəliyevə borcu olduğu üçün ölkədən qaçıb. Onun Türkiyədə gizləndiyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə yayılan məlumata görə komandada maliyyə sıxıntısı var. Hətta komandanın keçmiş futbolçu Şahin Baleljae E.Səfərlini oyun alqı-satqısında günahlandırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43