Milli komanda

Azərbaycanın dünya çempionatındakı rəqibləri bu vaxt müəyyənləşəcək

Futzal üzrə Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü mayın 19-da atılacaq.

İdmanxeber.com-un məlumatına görə, mundialda iştirak edəcək millimiz məhz həmin gün qrup rəqiblərini tanıyacaq.

Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medelyin və Bukaramanqa şəhərlərində keçiriləcək mundiala vəsiqə qazananlardan artıq bəziləri bəllidir.

Cənubi Amerikadan meydan sahibi Kolumbiya, son çempion Braziliya, həmçinin Argentina, Paraqvay, Asiyadan Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam və Okeaniyadan Solomon adaları vəsiqə qazanıb. Dünən isə Avropa zonasında keçirilən 6 oyunla bu komandalar vəsiqə qazanıb:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43