Milli komanda

Azərbaycanın ən titullu məşqçisi: “İstəməzdim ki, onlar bizim qrupda yer alsınlar”

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov AVRO-2016-nın püşkatmasında millimizə rəqib olan komandaları elə də güclü saymır.

İdmanxeber.com-a açıqlama verən Mircavadov, istənilən rəqibdən xal almağın mümkün olduğunu bildirib:

"Həmişə mən demişəm ki, qrupa elə bir yığma olmalıdır ki, hamsını udsun. Bu baxımdan Almaniya, İpaniya kimi yığmalar yaxşıdı. Rəqiblərinə xal verməyi xoşlamırlar. Ancaq Xorvatiyanın qrupumuza düşməsini açığı heç xoşlamadım. İstəməzdim ki, onlar bizim qrupda yer alsınlar. İtaliyanı çıxmaq şərti ilə qalanları ilə oynamaq olar. Elə İtaliya ilə də, oynamaq olar. Əgər üçüncü yer tutmaq istəyiriksə Bolqarıstan, Malta səfərindən qələbə ilə dönməliyik. Norveç isə son illərdə yaxşı vəziyyətdə deyil. Hazırlıq yaxşı olarsa millimiz bütün rəqiblərindən xal ala bilər. Bütün işlər üçüncü yer tutmaq üçün gedir. Yəni bu komandaları gözləmək lazım idi. San- Marino, Malta, Lüksemburq və bu kimi digər zəif komandalar bir yerdə idilər. Eyni səbətdə olan komandalardan ikisi gələsi deyildi ki… Ona görə, hal-hazırkı komandalara da "dişimizi" göstərə bilərik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43