Ölkə futbolu

Azərbaycanın oyununu macar hakimlər briqadası idarə edəcək

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyunu macarıstanlı hakimlər briqadasına tapşırılıb. 
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı Sandor Szabo idarə edəcək.  Ona Peter Kobor və Balaj Szert yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43