Ölkə futbolu

Azərbaycanın Serbiyadakı səfirliyi “İnter”ə dəstək olacaq!

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “İnter” Serbiyada “Mladost”un qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, təmsliçimiz Serbiyada dəstəksiz qalmayacaq. Komandanın oyununa Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndələri gələcəklər. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza açıqlamasında bildirib. O bildirib ki, hava limanında komandanı qarşılayan səfirliyin konsulluq və protokol məsələləri üzrə attaşesi Elvin Əlizadə matçı stadiondan izləyib, komandaya dəstək olacaqlarını deyib.

Qeyd edək ki, “Mladost” – “İnter” matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43