İdman

“Azərbaycanla oyun bizim üçün önəmlidir” – Tomas Müller

Almaniya millisininm üzvü Tomas Müller qarşıdan gələn Azərbaycanla oyun haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Bavariya”nın da şərəfini qoruyan forvard İngiltərə ilə yoxlama oyunu və millimizlə DÇ-2018-in seçmə mərhələsi görüşü öncəsi bu fikirləri səsləndirib:

“İngiltərə ilə yoxlama görüşünü evdə oynayacağıq. Bu matç millidə son oyununa çıxacaq Podolski üçün xüsusi önəm kəsb edəcək. Biz də bunu qeyd edəcəyik. Azərbaycanla qarşılaşma isə rəqabət xarakterli olacaq. Beləliklə, hər iki görüş çox önəmlidir. Hətta İngiltərə ilə oyun yoxlama xarakteri daşısa belə”.

Qeyd edək ki, Almaniya millisi İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla yığması ilə martın 26-da Bakıda üz-üzə gələcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43