Kateqoriyasız

“Azərbaycanla oyunun asan olacağını düşünənlər yanılırlar”

“Yenidən yığmaya qayıtdığım üçün şadam. Konte məni yaxşı tanıyır. O, məni milliyə çağırmağı lazım bildisə, komandama kömək etməyə hazıram. İtaliya yığmasında texnikalı hücumçular var. Mən də onlarla birgə olduğum çox şadam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Fabio Kvalyarella deyib.

Oktyabrın 10-da Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq “Torino”nun futbolçusu onları çətin oyunun gözlədiyini bildirib: 

“Biz doğma azarkeşlərimiz önündə yaxşı futbol sərgiləyirik. Ancaq istərdik ki, bunu səfər matçlarında da göstərək. Konte bizim meydanda xarakter göstərməyimizi istəyir. O, bizi Azərbaycanla matçda çox çalışmalı olduğumuzla bağlı xəbərdar etdi. Kim düşünür ki, Azərbaycana qarşı asan olacaq, yanılırlar. Bakıda qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etməliyik”.

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43