İdman

“Azərbaycanla qarşılaşmada heyətdə çoxlu dəyişikliklər edəcəyik” – Millinin baş məşqçisi

“Azərbaycanla qarşılaşmada heyətdə çoxlu dəyişikliklər etməyi düşünürük”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Latviya milli komandasının baş məşqçisi Miksu Paatelaynen deyib.  

Latviya millisi iyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq matçı keçirəcək.

51 yaşlı məşqçi qarşılaşmanın komandası üçün asan keçməyəcəyini bildirib: “Hər bir qarşılaşma bizim üçün çətin keçəcək, asan oyunumuz olmayacaq. Keçirəcəyimiz hər bir yoxlama oyununa fərqli heyətlə çıxacağıq. Sentyabrda başlayacaq Millətlər Liqasına qədər rəhbərliyim altında olacaq bütün futbolçuların gücünə bələd olmaq istəyirəm”.

Qeyd edək ki, “Dauqava” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayaca


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43