Ölkə futbolu

Azərbaycanlı baş məşqçi Ferqyusson və Arsen Vengeri misal çəkdi: “Qalıb-qalmayacağım sual altındadı”

Ser Aleks Ferqyusson son 6 ildə “Mançester Yunayted”də nəticə verə bilmədi. Elə götürəkj Arsen Vengeri də…  Üç ildən çoxdur ki, bizim heyət komplekləşdirilib. Yəni biz neçə ildir ki, eyni oyunçularla mübarizə aparırıq. Bu bizim xeyrimizə olan amildi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycan birinci divizionunda mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov deyib.

Çalışdırıcı mövsümün sonunda hansı futbolçularla yollarını ayıracaqları haqda hələ tam qərar verilmədiyini bildirib:

“Bu barədə mövsümün sonunda danışmaq olar. Hələ ki, indi nəsə demək çətindi. Mənim özümüm də burda qalıb-qalmayacağım sual altındadı”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43