Ölkə futbolu

Azərbaycanlı futbolçu azarkeşləri təhqir etdi, hakimi döydü

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

23 dekabr 2013-cü il Bakcell U-17 Liqasının “Sumqayıt” – “İnter” matçının 45-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyun başa çatdıqdan sonra adıçəkilən futbolçu hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanır.

Oyunun 62-ci dəqiqəsində “İnter” klubunun 7 №-li futbolçusu Ozal Həsənovla klubun 9 №-li futbolçusu İsgəndər Paşalı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır .

26 dekabr 2013-cü il U-16 Liqasının “Simurq” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Simurq” klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır .

24 dekabr 2013-cü il U-15 Liqasının “Lokomotiv” – “Neft Qaz” matçının 46-cı dəqiqəsində “Lokomotiv” klubunun məşqçisi Kamen Vasiliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır.

24 dekabr 2013-cü il U-15 Liqasının “Sumqayıt” – “Bakı” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.

24 dekabr 2013-cü il U-15 Liqasının AZAL – “Quba”OK matçının 35-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Cəfər Musayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır.

Oyunun 35-ci dəqiqəsində “Quba”OK klubunun 11 №-li futbolçusu Tural Həbibov aqressiv hərəkət etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

24 dekabr 2013-cü il U-15 Liqasının “MKT Araz” – “Şirvan” matçında “MKT Araz” klubunun 4 №-li futbolçusu Nəbi Həsənzadə oyunu buraxmalı olduğu halda matçda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir).

15 dekabr 2013-cü il Atena U-12 Liqasının “İnter” – “Todo” matçının 35-ci dəqiqəsində “Todo” klubunun baş məşqçisi Emil İbrahimov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır.

Oyunun 35-ci dəqiqəsində “Todo” klubu meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Hesab 4:0 rəqib komandanın xeyrinə olduğu səbəbindən matçın hesabı olduğu kimi saxlanılır.

18 yanvar 2014-cü il Həvəskarlar arasında Ölkə birinciliyinin “Çağıran” – “Qaraçala” matçının 84-cü dəqiqəsində “Qaraçala” klubunun 77 №-li futbolçusu Bəxtiyar Əhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43