İdman

Azərbaycanlı futbolçu dubl etdi, “Viktoriya” məğlub oldu

Çexiya Gənclər Liqasında yeni mövsümə start verilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası ilk turda “Viktoriya” ilə qarşılaşıb. Görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Fərid “Slaviya”nın qalib gəlməsində xüsusi pay sahibi olub. O, vurduğu 2 qolla komandasına qələbə qazandırıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi ötən mövsümdən Çexiyada çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43