Ölkə futbolu

Azərbaycanlı futbolçu “Fənərbağça”ya diz çökdürən kluba keçir

"Sumqayıt"dan ayrılan Nurlan Novruzov ölkəni tərk edib. Futbolçu hazırda Türkiyədədir.

Müqavilə əsasında "Bakı"ya məxsus olan Novruzov “Fəthiyəspor”da baxışdan keçir.  PTT 1-ci liqa təmsilçisi futbolçumuzla bağlı yaxın günlərdə qərar verəcək.

Bundan əlavə onu da qeyd edək ki, bir müddət əvvəl "Fəthiyəspor" "Fənərbağça"nı Türkiyə kubokundan kənarlaşdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43