Dünyadan

Azərbaycanlı futbolçu Rusiya millisində qol vurdu

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandası növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin U-21 yığması ilə üz-üzə gələn ruslar 3:2 hesabı ilə qalib gəlib.

Rusiya millisinin əsas heyətində olan azərbaycanlı futbolçu Ayaz Quliyev fərqlənməyi bacarıb. Futbolçu 62-ci dəqiqədə komandasının ikinci qolunu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43