Ölkə futbolu

Azərbaycanlı futbolçu Super Liqada

Daha bir azərbaycanlı futbolçu Türkiyə Super Liqasında iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, "Kayserispor" klubu Umut Sönməzlə müqavilə imzalayıb.

İndiyədək Almaniyada "Auqsburq" (əvəzedici komanda), "Memmingen", Türkiyədə "Orduspor" və "Qaziantep BB" klublarının formasını geyinən Umut Sönmez bir müddət Azərbaycanın U-21 millisinə dəvət alıb.

 

Xatırladaq ki, "Kayserispor" bir neçə gün əvvəl yığma komandamızın üzvü Ufuk Budakla müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43