İdman

Azərbaycanlı futbolçu Yunanıstan klubunda

“Sumqayıt”ın futbolçusu Amit Quluzadə karyerasını Yunanıstanda davamç etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı futbolçu Yunanıstan Superliqasında çıxış edən AEL (Larissa) klubu ilə razılıq əldə edib.

24 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən uğurla keçib. Onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, AEL 13 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43