Dünya futbolu

Azərbaycanlı futbolçunu Türkiyədə aldatdılar

Türkiyənin həvəskarlar liqasında çıxış edən “Çəngəlköyspor”un azərbaycanlı futbolçusu İlham Allahverdiyev xoşagəlməz durumla qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, vaxtı ilə futbol üzrə Azərbyacan çempionatının birinci divizionunda bombardir olmuş hücumçunu komanda yoldaşı aldadıb.

Belə ki, “Neftçi”nin yetirməsindən 30 min türk lirəsi alan Mustafa Taşkın sonradan yoxa çııxıb. Türkiyə mətbutının yaydığı xəbərə görə, İlhamla birlikdə komanda yoldaşı Burak Balamandan da borc alan futbolçudan xəbər yoxdu.

Klubdan isə bildiriblər ki, “atanşik” adı qazanan futbolçu bukmeker həvəskarıdır və uzun müddətdi o, bu işlə məşğul olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43