İdman

Azərbaycanlı hakim Almaniya millisinin oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. O, 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək oyunlarında ədaləti qoruyacaq.

Ağayevin idarə edəcəyi oyunlar da bəllidir. Belə ki, o, martın 26-da Almaniya – Slovakiya qarşılaşmasını, ayın 31-də isə İrlandiya – Slovakiya görüşündə baş hakim olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43